Avropa İttifaqı Aralıq dənizində aparılan qazma işlərinə görə Türkiyəyə qarşı cavab tədbirlər görəcək, bu haqda Bloomberg xəbər verir.
Banker.az xəbər verir ki, Aİ nazirləri təşkilatın icra və xarici işlər şöbəsinə “gecikmədən cavab tədbirlərin variantlarını” təqdim etməyi təklif edib. Qeyd edək ki, Türkiyənin ittifaqa daxil olması məsələsi və mümkün olacaq gömrük razılaşması üzrə aparılan danışıqlar dondurulub. Nazirlər Kiprin sahillərində aparılan qazma işlərinin “ciddi neqativ nəticələrə” gətirib çıxaracağını söyləyiblər.
Kiprin xarici işlər naziri olan Nikos Christodoulidis bununla bağlı öz fikrin belə ifadə edib: “Biz müttəfiqlərin verdikləri reaksiyadan razı qaldıq”.
Anadolu agentliyinin verdiyi məlumata görə, Türkiyə Aralıq dənizinin şərqində qazma işlərini həyata keçirir, Şimali Kipr Türk Respublikası buna rəsmi olaraq icazə verib.