Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketini elan edib: daha 116 fiziki şəxs və şirkətə qarşı məhdudiyyətlər qoyulub. Sanksiyalar paketi çərçivəsində Avropa şirkətlərinə Rusiyadan kənarda fəaliyyət göstərən “SWIFT-in analoqu”na qoşulmaq qadağandır.
Eyni zamanda, Aİ Rusiyanın mayeləşdirilmiş təbii qazının Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər tətbiq edib və siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, analitika mərkəzlərinə və mediaya Rusiya mənbələrindən maliyyə almağı qadağan edib.
Avropa şirkətləri sanksiyaların tətbiqi və müsadirə nəticəsində Rusiya tərəfinin vurduğu ziyana görə kompensasiya tələb etmək hüququna malik olacaq.