17 C
Baku
Tuesday, July 5, 2022

“Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2021” sənədi təqdim olunub

Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2021″ hesabatının 6-cı nəşri təqdim olunub.

Banker.az xəbər verir ki, hesabat “Aİ-Azərbaycan Biznes Forumu 2022” çərçivəsində hazırlanıb.

Təqdimatda hesabatı hazırlayan komandanın lideri Boqdana Efe çıxış edərək deyib ki, hesabatın nəticələri hibrid tədqiqat əsasında hazırlanıb.

“həm onlayn sorğular (139), həm də üzbəüz (27 intervyu) intervyular aparılıb və Azərbaycandakı Avropa şirkətləri bu tədqiqatda iştirak edib. Sorğuda 25 sual təqdim olunub ki, bura biznes mühiti, pandemiyadan sonra bərpa dövrü, islahatlar, rəqəmsallaşma, yaşıl iqtisadiyyat, gender seqreqasiyası və s əhatə eləyib”, – o deyib.

Boqdana Efe sorğuda 24 ölkənin Azərbaycandakı şirkətlərinin iştirak etdiyini və bu şirkətlərin 19 fəaliyyət sahəsini əhatə etdiyini əlavə edib.

“Bu şirkətlərin çoxu kiçik və orta sahibkarlıq sahələrinə aiddir və onların 50 faizi Avropa mənşəli şirkətlərdir, digər qismi ortaq şirkətlərdir. Şirkətlər Azərbaycanda əsas sahələrdə iqtisadi vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Xüsusən, logistika və İKT sahəsində müsbət qiymətləndirmələr daha yüksək olub”.

Sorğuda Avropa şirkətlərinin Azərbaycanda tikinti, nəqliyyat, İKT sahəsində böyüməyə daha çox maraq ifadə etdiyi bildirilib.

Hesabata görə, şirkətlərin 80 faizi Azərbaycanı yenidən partnyor kimi seçməkdə maraqlı olduqlarını deyiblər.

Boqdana Efe çıxışında deyib ki, Azərbaycan hökumətinin yaxın gələcək üçün Qarabağ və Şərqi Zəngəzurla bağlı infrastruktur layihələrini elan etdikdən sonra şirkətlərin əksəriyyəti bu regiona investisiya qoymağa maraqlarını açıqlayıb. Yaşıl enerji, alternativ enerji layihələri, tikinti və nəqliyyat layihələri şirkətlər üçün prioritet olub.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər