Aİ Azərbaycandan səyahətlərə icazə verib

Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

“politico.eu”un verdiyi xəbərə görə, qərar bu gün Aİ səfirlərinin iclasında verilib.

Yeni qərarla Kanada, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı siyahıya əlavə edilib.

Xatırladaq ki, ötən il Aİ koronavirus pandemiyasına görə təşkilat xaricindəki ölkələrdən qeyri-vacib səyahətləri dayandırmışdı.

Təhlükəsiz səyahət siyahısı Aİ-yə üzv ölkələr üçün məcburi deyil, bu siyahı məhdudiyyətin hansı ölkələrə aid edildiyini göstərir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.