Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayıb. Şuraya Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və Aİ tərəfdən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerini sədrlik edir. İclasda Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan-Aİ əməkdaşlığının vəziyyəti nəzərdən keçiriləcək.
Şura Aİ ilə Azərbaycan arasında yeni razılaşma üzrə davam edən danışıqları nəzərdən keçirəcək. İclasda 2018-ci il sentyabrın 28-də qəbul edilmiş 2018-2020-ci illər üzrə tərəfdaşlıq prioritetlərinə dair fikir mübadiləsi aparılacaq.