10 C
Baku
Thursday, December 12, 2024

Aİ Azərbaycan və Ermənistana çağırış edib

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər yerlərində baş vermiş hərbi toqquşmaları dərhal dayandırmağa çağırır.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında qeyd olunub.

 

“Təəssüflər olsun ki, bu toqquşmalar artıq insan tələfatına və yaralanmalara səbəb olub. Gərginliyi azaltmaq, atəşkəsə tam hörmət etmək və danışıqlar yolu ilə həll yollarını axtarmaq üçün danışıqlar masasına qayıtmaq vacibdir”,- deyə bəyanatda qeyd olunub.

Peter Stanon Avropa İttifaqının gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər