“Avropa İttifaqı Azərbaycanda suvarma sistemlərinin və 25 min kiçik və orta fermer təsərrüfatının təkmilləşdirilməsi ilə bağlı dəstək göstərəcək”.
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Zoltan Szalai deyib.
Onun sözlərinə görə, hazırda ərzaq təhlükəsizliyi diqqətdə saxlanılmalıdır. Bu baxımdan Avropa İttifaqı Azərbaycan hökumətinə kənd təsərrüfatında fermerlərin gəlir səviyyəsinin artırılması, gəlirlərin şaxələndirilməsi istiqamətində dəstək göstərir.