Avropa İttifaqı (Aİ) yaxın 2-3 ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu ilə birgə yeni tvininq layihəsi icra edəcək.
Bunu açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin layihə meneceri Rainer Freund deyib.
Onun sözlərinə görə, layihənin məqsədi iqlim dəyişikliklərinin proqnozlaşdırılması qabiliyyətini təkmilləşdirməkdir.
“Bu cür layihələrin büdcəsi 500 min avrodan 1 milyon avroya qədər dəyişir. Azərbaycan tərəfi razılığını bildirdikdən sonra layihənin icrasına başlanılacaq”, – deyə Aİ rəsmisi qeyd edib.