Aİ ilə Azərbaycan arasında imzalanan memorandumun məqsədi qaz idxalını ildə 20 milyard kubmetrə çatdırmaqdır. Brüssel və Bakı Azərbaycandan Avropa İttifaqına qaz nəqlinin artırılması ilə bağlı razılığa gəliblər.
Bu barədə brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Tim Makfi bildirib.
“Hazırda Azərbaycanla qaz tədarükünü artırmaq və bərpa olunan mənbələr də daxil olmaqla gələcək üçün enerji tərəfdaşlığı yaratmaq üçün anlaşma memorandumu mövcuddur”.
Makfinin sözlərinə görə, Azərbaycan 2021-ci ildə Avropa İttifaqına 8,1 milyard kubmetr qaz tədarük edib.
Avropa Komissiyasının rəsmi nümayəndəsi vurğulayıb ki, anlaşma memorandumunun məqsədi qaz tədarükünü ildə 20 milyard kubmetrə çatdırmaqdır.