Avropa İttifaqının bankları bitkoin kimi kriptovalyutalara böyük maraq göstərmir.
Bunu Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi bildirib.
M.Draqi deyib: “Avropa İttifaqının kredit institutları bitkoin kimi rəqəmsal valyutalara qarşı məhdud maraq göstərirlər”.
Qeyd edək ki, dünyanın ən məşhur kribtovalyutası bitkoinin qiyməti düşməkdə davam edir və hazırda 7 min dollardan aşağı səviyyədədir.