26 C
Baku
Saturday, July 27, 2024

Aİ bankları səhmdarlara 120 mlrd. avrodan çox vəsait qaytaracaq

“Financial Times” “UBS Group”un hesablamalarına istinadən yazır ki, yüksək faiz dərəcələri şəraitində mənfəəti artan Avropa bankları səhmdarlara 120 milyard avrodan çox vəsait qaytaracaq.

Regionun ən böyük bankları dividend ödəmək üçün 74 milyard avro ayırmağı vəd edib. “UBS” qeyd edir ki, maliyyə institutlarının 2023-cü ilin sonunda səhmdarlara qaytarmaq niyyətində olduğu ümumi məbləğ bir il əvvəllə müqayisədə 54% və qlobal maliyyə böhranından bəri hər il olduğundan çoxdur.

“FT” yazır ki, bu təcrübədən 2020-ci ilə qədər az istifadə olunsa da, son üç il ərzində banklar aktiv şəkildə səhmlərin geri alınmasına müraciət edirlər. Maliyyə institutlarının mənfəəti faiz dərəcələrinin artmasının ardınca artmağa başlayıb və bu, onları pandemiyadan sonra ucuzlaşan öz qiymətli kağızlarını geri almağa sövq edib.

Qəzet qeyd edir ki, son iki il ərzində Avropa bankları təxminən 100 milyard avro xalis faiz gəliri əldə edib.

Bununla belə, analitiklər xəbərdarlıq edirlər ki, gələn il qlobal mərkəzi banklar faiz dərəcələrini azaltmağa başladıqları üçün banklar tərəfindən səhmdarlara verilən stimulların həcmi azala bilər və bu, maliyyə institutlarının mənfəətinə təsir göstərə bilər.

Son xəbərlər
Digər xəbərlər