19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Aİ Böyük Britaniya ilə ticarət danışıqlarını davam etdirməyə hazırdır

Avropa İttifaqı yanvarın 1-dən sonra Böyük Britaniya ilə ticarət danışıqlarını davam etdirməyə hazırdır.

Bu barədə “Reuters” Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib.

“Aİ Britaniyaya qapılarını bağlamayacaq və 1 yanvar tarixindən sonra da danışıqlara hazırdır” – deyə agentliyin mənbələrindən biri bildirib. Başqa bir diplomat danışıqların davam etdiyini təsdiq edib və qeyd edib ki, tərəflərdən heç biri danışıqları bitirmək niyyətində deyil.

Lakin iki diplomat, Britaniya sularında balıqçılıq kvotalarının əsas problem olaraq qaldığını vurğulayıblar.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər