12 C
Baku
Thursday, November 14, 2024

Aİ Böyük Britaniya ilə bağlı planı…

Avropa İttifaqının (Aİ) siyasətçiləri Böyük Britaniyanın bu blokdan çıxacağı halda bir sıra təcili iclasların keçirilməsini planlaşdırır.

Bu barədə Trend “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir.

Britaniya Krallığının Aİ tərkibində gələcəyini həll edəcək referendum yaxınlaşarkən Avrozona məmurlarının təşvişi də artır. Sonuncu ictimai rəy sorğularının nəticələrinə əsasən, Böyük Britaniyanın Aİ-ni tərk etməsini (Brexit ideyası) dəstəkləyənlərin sayı kəskin artıb.

Qəzet qeyd edir ki, hazırlanan tədbirlər planı maliyyə bazarlarının dəstəklənməsini və digər bazarlara mənfi təsirin qarşısının alınmasını nəzərdə tutur. İlk növbədə, belə tədbirlər Böyük Britaniya ilə sıx iqtisadi əlaqələri olan İrlandiya və Portuqaliyaya aid olacaq.

Britaniya Aİ-ni tərk etsə, rəsmi Brüssel digər İttifaq ölkələrini vəhdətdə olduqlarına inandırmağa çalışacaq. Krallıq Aİ-ni tərk etməyəcəyi halda isə referendumdan sonra blokun daha da möhkəm olduğunu bəyan edəcək.

 

Son xəbərlər
Digər xəbərlər