Avropa İttifaqının (Aİ) Böyük Britaniyanın alyansdan çıxmasına dair baş danışıqçısı Mişel Barnye britaniyalı həmkarı Devid Frosta Dauninq stritdəki danışıqlarda yaxın 48 saat ərzində ciddi irəliləyiş olmayacağı təqdirdə noyabrın 28-29-na planlaşdırılan Londondakı “Brexit” danışıqlarında iştirakdan imtina edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə “Guardian” yazıb.
Barnyenin Frost ilə keçirdiyi videokonfrans zamanı bu açıqlamanı verdiyi qeyd olunur.
Aİ təmsilçisinin sözlərinə görə, Britaniyanın həll olunmamış məsələlərdə güzəştə getməyə hazır olmayacağı təqdirdə əlavə danışıqlar mənasız olacaq.
Nəşr yazır ki, Barnye həqiqətən də müzakirəni davam etdirməkdən imtina edərsə, bu, bir ildən çoxdur davam edən gərgin danışıqlar üçün ən təhlükəli məqam olacaq, çünki keçid dövrünün bitməsinə cəmi 36 gün qalır.
Ekspertlərin fikrincə, Brüssel Barnyenin bu addımının Britaniyanın baş naziri Boris Consonu Frosta danışıqların gedişi ilə bağlı yeni təlimat verməyə məcbur edəcəyini düşünür.
Analitiklər eyni zamanda, bu açıqlamanın partiyanın səlahiyyətli şəxslərinə ilham verə biləcəyini qeyd edirlər: onlar razılaşma olmamasının London üçün ən yaxşı nəticə olduğunu düşünürlər. Onların fikrincə, ölkə ticarət sazişi olmadan da keçinə bilər.
Xatırladaq ki, real rejimdə danışıqlar prosesi Aİ-dən olan danışıqlar qrupunun üzvlərindən birində koronavirus aşkar edildikdən sonra dayandırılıb. Barnyenin noyabrın 26-da karantindən çıxacağı gözlənilir. Siyasətçi COVID-19 testinin mənfi olacağı təqdirdə noyabrın 27-də Londona gedəcək.