16 C
Baku
Thursday, April 25, 2024

Aİ “Brexit” şərtləri barədə sazişin ratifikasiyası prosesinə start verib

Avropa İttifaqı “Brexit”in şərtləri barədə yenilənmiş sazişin ratifikasiyası prosesini başladıb.

Bu barədə Avropa Komissiyasının Mətbuat xidmətinin nümayəndəsi Mina Andreyeva brifinqdə bildirib.

“Aİ tərəfdən ratifikasiya prosesi başlanılıb. Aİ-nin “Brexit” üzrə baş müzakirəçisi Barnye 27 ölkənin daimi nümayəndələrinə məlumat verib və Avropa Parlamentinin “Brexit” qrupunu məlumat verəcək”, – o deyib.

Qeyd edək ki, bir neçə həftə davam edən intensiv və çətin danışıqlardan sonra Aİ və Böyük Britaniya oktyabrın 17-də “Brexit” şərtlərinə dair yenilənmiş saziş barədə razılığa gəlib, ardından Aİ-də qalan 27 ölkənin başçısı sammitdə onu təsdiq edib və indi sazişi Britaniya parlamenti təsdiqləməlidir.

Lakin Britaniyada oktyabrın 19-da keçirilmiş səsvermə bir nəticə verməyib. Sənədə bu gün yenidən baxıla bilər. Sazişin əvvəlki variantı Britaniya deputatları tərəfindən üç dəfə rədd edilib, bununla əlaqədar ölkənin ittifaqdan çıxması üçün son tarix bu il martın 29-dan oktyabrın 31-dək təxirə salınıb. İndi Britaniya yeni – yanvarın sonuna qədər ertələnmə istəyir.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər