Avropa İttifaqı (Aİ) bu həftə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Bu barədə təşkilatın xarici siyasət xidməti rəhbəri Kaya Kallas bildirib.
“Bu gün nazirlər həmçinin açıq şəkildə bildiriblər ki, 19-cu paketdən sonra biz növbəti paket üzərində işləməliyik. O, sonuncu olmayacaq”, — deyə Kallas qeyd edib.
Onun sözlərinə görə, Rusiya aktivlərinin istifadəsi ideyası geniş dəstək qazanıb.
Macarıstanın xarici işlər naziri görüşün yekununda vurğulayıb ki, “əksər Avropa siyasətçiləri Vladimir Putin və Donald Trampın Budapeştdə görüşünün baş tutmaması üçün çox şey edəcəklər, demək olar ki, hər vasitəyə əl atacaqlar.