13 C
Baku
Sunday, November 24, 2024

Aİ Çindən gətirilən elektromobillərə 45%-ə qədər rüsum tətbiq edir

Cümə günü, oktyabrın 4-ü Avropa İttifaqına (Aİ) üzv olan ölkələr Çindən gətirilən elektrik avtomobillərin idxalına tariflər tətbiq etmək barədə razılığa gəliblər. Mütəxəssislərin fikrincə, bu, son on ildə iqtisadi supergüclər arasında ən böyük ticarət mübahisəsidir.

Almaniya və Macarıstanın fəal etirazına baxmayaraq, Avropa Komissiyasının 35.3%-ə qədər rüsumların müəyyən edilməsi təklifi ölkələrin əksəriyyəti tərəfindən dəstəklənib, Banker.az bu barədə ProFinance saytına istinadən xəbər verir.

Mənbələrdən ikisi bildirib ki, ittifaqın 10 üzvü tariflərin lehinə, 5-i isə əleyhinə səs verib. 12 ölkə bitərəf qalıb.

Qeyd olunur ki, Aİ tarifləri beş il müddətində qüvvədə olacaq və “Tesla” üçün 7.8%-dən SAIC üçün isə 35.3%-dən başlayacaq.

Çin bunun qarşılığında artıq Aİ-yə cavab verib, həmçinin Avropadan gətirilən donuz əti və süd məhsulları ilə bağlı araşdırmalara başlayıb.

Aİ ilk dəfə iyun ayında Çin elektrikli avtomobillərinin idxalına yeni tariflər elan edib, çünki təşkilatın dediyinə görə, çinli istehsalçılar Avropadakı bazar üçün “iqtisadi zərər təhlükəsi” yaradır.

Buna baxmayaraq, Aİ tarifləri qəbul etdiyi halda başqa həll yolları axtarmağa davam edir. Belə ki, ticarət mübahisəsindən ilk növbədə “Volkswagen AG”, “Mercedes” və BMW daxil olmaqla alman avtomobil istehsalçıları zərər çəkəcək, çünki 2023-cü ildə avtomobil satışlarının təxminən üçdə biri Çinin payına düşüb.

Son xəbərlər
Digər xəbərlər