“Rəsmi Pekin Rusiyanı Ukraynadan qoşunlarını çıxarmağa və müharibəni dayandırmağa inandırmaq üçün öz təsirindən istifadə etməsə, Avropa İttifaqı (Aİ) Çinlə münasibətləri normallaşdıra bilməz”.
Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib.
Onun sözlərinə görə, Aİ-nin Çinə mesajı kifayət qədər aydındır: “Çin müharibənin dayanması üçün Rusiyaya təsir etməli, imkanlarını ortaya qoymalıdır”.
J.Borel bildirib ki, indiki halda neytrallıq Rusiyanın xeyrinədir: “Çünki Ukraynanın sərhədləri beynəlxalq hüquqla qorunur. Dünya dövlətləri də bu sərhədləri tanıyır”.
Aİ nümayəndəsi həmçinin qeyd edib ki, dünyadakı mövqeyini nəzərə alsaq, Çinlə danışıqlar davam etdirilməlidir.