Avropa İttifaqında (Aİ) anbarların doluluq səviyyəsi 56%-i üstələyir.
Bunu Avropa Komissiyasının internet saytında yayımlanan Lüksemburqda keçirilən mətbuat konfransında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.
“Anbarların doldurulması prosesi irəliləyir. Hazırda onların doldurulma səviyyəsi 56%-dən çoxdur. Bu, tarixi orta səviyyədən yüksəkdir”, – Kadri Simson qeyd edib.