12 C
Baku
Saturday, November 23, 2024

Aİ-də elektrik enerjisinin qiyməti 600 avronu ötüb

Avropa İttifaqı ölkələrində “bir gün öncədən” bazarında elektrik enerjisinin qiyməti 23 avqust tarixində çatdırma şərti ilə bir MVt/saat üçün 600 avrodan yuxarı qalxıb və bununla da tarixi maksimumları yeniləyib.

Bunu “Nord Pool” elektrik enerjisi birjasının məlumatları göstərir.

Məlumata görə, Danimarkada qiymət bir MVt/saat üçün 605.13 avroya, Avstriyada – 615.75 avroya, Belçikada – 603.38 avroya, Almaniyada – 605.13 avroya, Fransada – 611.85 avroya, Niderlandda isə 603.55 avroya çatıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər