Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Moderna” şirkəti tərəfindən istehsal olunan koronavirusa qarşı peyvənd üçün müvəqqəti qeydiyyat icazəsi verilməsini tövsiyə edib.
TASS xəbər verir ki, bu barədə Avropa tənzimləyicisinin bu gün yaydığı bəyanatda deyilir.
“Bu, EMA tərəfindən təsdiqlənmiş ikinci peyvənddir. O, 18 yaşdan yuxarı insanlar üçün tövsiyə olunur”, – sənəddə deyilir.
Xatırladaq ki, dekbarın 18-də ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) “Moderna” şirkətinin yeni növ koronavirusa qarşı peyvəndinin qeydiyyata alınması ilə bağlı müraciətini təsdiqləyib.