13 C
Baku
Saturday, November 23, 2024

Aİ-də qaz anbarlarının ehtiyatları 77%-i üstələyib

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 77%-i üstələyib.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilib.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 77.39% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 10.06 faiz bəndi çoxdur.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi 85 mlrd. kubmetr təşkil edir.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər