10 C
Baku
Thursday, December 12, 2024

Aİ-də qaz anbarlarının ehtiyatları 83%-ə yaxınlaşıb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 83%-ə yaxınlaşıb.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 82.91% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9.7 faiz bəndi çoxdur. Lakin, bu, 2020-ci ilin rekord göstəricisindən (84%-dən artıq) aşağıdır.

Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 91.1 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər