25 C
Baku
Thursday, June 27, 2024

Aİ-da ən ucuz həyat hardadı?

Aİ-nın Statistika idarəsinin verdiyi məlumatlara əsasən, Avropa İttifaqında ən ucuz həyat Bolqarıstandadır. Ən bahalı həyat statusuna isə danimarkalılar sahibdirlər. Məhz Danimarka Avropa İttifaqının ən bahalı ölkəsi adını aldı.

Bolqarıstanda 1 gün üçün xərclənən pul Almaniyada xərclənən puldan iki dəfə ucuzdur. Turistlərin Bolqarıstan otellərində qalması və yerli restoranlarında nahar etməsi üçün orta dərəcəli Avropa səviyyəsinin 47%-i tələb olunur. Bu da ölkəni daim turistlərin diqqət mərkəzində saxlayır.

28 ölkənin iştirak etdiyi reytinqin mərkəzində Almaniya və ispaniya yer alıb. Statistika komitəsi həmçinin Avropa İttifaqına daxil olmayan ölkələrin də göstəricilərini nəşr edib. Qitənin ən bahalı ölkəsi Norveç və İsveçrədir. Ən sərfəli ölkə olaraq isə Türkiyə qalmaqdadır. Burada ümumi qiymət səviyyəsi 64% təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər