13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Aİ diplomatiyasının rəhbəri Avropa İttifaqının pandemiyaya görə dağılma ehtimalını qiymətləndirdi

faizlere

Pandemiyanın ilkin mərhələsində Avropa İttifaqı fəaliyyətini düzgün şəkildə koordinasiya edə bilməsə də, indi Brüssel və ittifaq ölkələri əlbir işləməyə başlayıblar.

Banker.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

“Bütün problemlərdə Avropa İttifaqını günahlandırmaq – çox geniş yayılan taktikadır və üzv ölkələr ondan tez-tez istifadə edirlər. Doğrudur, pandemiyanın başlanğıc mərhələsində Avropa İttifaqı fəaliyyətini düzgün şəkildə kooradinasiya etməmişdir. Lakin buna baxmayaraq, biz həm öz sərhədlərimiz daxilində, həm də qonşularımızla birlikdə virusla və onunla əlaqəli nəticələrə qarşı müvəffəqiyyətlə mübarizə aparırıq”, – Josep Borrel söyləyir.

O, Serbiya paytaxtının küçələrində Çini və onun liderini tərifləyən plakatlara çox təəccübləndiyini bildirir.

“Əlbəttə ki, imkan daxilində kömək etmək lazımdır. Lakin eyni zamanda, qeyd etmək istəyirəm ki, Avropa İttifaqı həmişə Balkan ölkələrinə, o cümlədən Serbiyaya kömək edib və edir də. Buna görə bu tənqidi əsassız hesab edirəm. Avropa İttifaqı həm Avropa, həm də Afrika ölkələri üçün əsas maddi yardım mənbəyi olara qalır”, – mütəxəssis vurğulayır.

Çində koronavirusun yayılması zamanı Avropa İttifaqı oraya 60 tonluq tibbi vasitə göndərib.

“Daha sonra, virus Avropaya çatanda, Çin bizə kömək etməyə başladı – əvvəllər bizdən aldığı həcmdə. Fərq yalnız bu dəstəyin necə işıqlındırılmasındadır. Əslində ölkələr göstərdikləri yardımı necə populyarlaşdıracağına özləri qərar verirlər”, – Josep Borrel.

Onun fikrincə, pandemiyadan sonra Avropa “daha da güclü olacaq”.
Pandemiyanın Avropa İttifaqının dağılması üçün təhlükəsi varmı? Mütəxəssisin sözlərinə görə, Avropa daha əvvəl bundan da böyük zərər görüb, məsələn, ötən əsrdə iki dünya müharibəsi dövründə.

“Düzdür”, iqtisadi nöqteyi-nəzərdən hazırkı böhran həqiqətən də 2009-cu il ilə müqayisədə daha genişdir”, – Josep bildirir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər