Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin nümayəndələri dondurulmuş Rusiya aktivlərinin Ukraynanın yenidən qurulması üçün istifadəsi üzrə xüsusi işçi qrupun yaradılmasını təsdiqləyiblər.
Bu barədə İsveçin Aİ Şurasındakı nümayəndəliyi “Twitter“də yazıb.
Qeyd olunub ki, işçi qrupun məqsədi dondurulmuş Rusiya aktivlərinin Aİ və beynəlxalq hüquq normalarına uyğun istifadəsi məsələsini həll etməkdir. Buraya beynəlxalq tərəfdaşlarla sıx koordinasiya şəraitində aktivlərin istifadəsinin mümkünlüyünün hüquqi, maliyyə, iqtisadi və siyasi təhlili üzrə hazırlıq işləri daxildir.