10 C
Baku
Saturday, November 23, 2024

Aİ energetika nazirləri qaz istehlakına məhdudiyyətlərin uzadılmasını dəstəkləyib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin energetika nazirləri qaz istehlakının könüllü azaldılmasına dair tələblərin daha bir il müddətinə uzadılması barədə razılığa gəlib.

Bu barədə Aİ Şurası məlumat yayıb.

Məlumata görə, Aİ-yə daxil olan ölkələrə qaz istehlakının 2017-ci il aprelin 1-dən 2022-ci ilin martın 30-na qədər olan dövr üzrə orta göstərici ilə müqayisədə 15% azaldılmasını dəstəkləmək tövsiyə olunub.

Beləliklə, Aİ Şurası qaz istehlakının könüllü azaldılmasına dair tələblərin müddətini 2025-ci il martın 31-dək uzadıb.

 

Son xəbərlər
Digər xəbərlər