18 C
Baku
Thursday, April 18, 2024

Aİ Ermənistandakı missiyasını genişləndirir

Aİ-nin Ermənistandakı missiyası Qafan, İcevan və Yeğeqnadzorda yeni əməliyyat mərkəzləri açacaq.

Bu barədə missiyanın rəhbəri Markus Ritter bildirib.

Onun sözlərinə görə, mövcud olduğu ilk 3 ay ərzində missiya Gorus, Cermuk və Martunidəki əməliyyat mərkəzlərində 300-dən çox patrul həyata keçirib. Növbəti aylarda missiya Qafan, İcevan və Yeğeqnadzorda üç əlavə əməliyyat qovşağı açmağı planlaşdırır.

Missiya rəhbəri əlavə edib ki, onların məqsədi digərləri ilə yanaşı, sərhədyanı rayonların təhlükəsizliyinin sabitləşməsinə töhfə verməkdir.

Son xəbərlər
Digər xəbərlər