10 C
Baku
Tuesday, November 26, 2024

“Aİ Ermənistan və Azərbaycan arasında vicdanlı vasitəçi kimi fəaliyyət göstərməyə sadiqdir”

Avropa İttifaqı (Aİ) xalqların rifahı naminə təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqaz məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında vicdanlı vasitəçi kimi fəaliyyətini davam etməyə sadiqdir.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin deputatlarının oktyabrın əvvəllərində ona ünvanladığı yazılı məktuba cavab məktubunda bildirib.

Borrell 2022-ci il avqustun əvvəlində və sentyabrın 13-14-də baş verən silahlı toqquşmaların dağıntıların miqyasına və ölənlərin sayına görə, şiddətli olduğunu və bütün bunların regionda vəziyyətin son dərəcə kövrəkliyini sübut etdiyini vurğulayıb.

Aİ-nin Ali Nümayəndəsi məktubunda xatırladıb ki, qarşıdurmalar zamanı Aİ ən yüksək səviyyədə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

O, şəxsən özünün Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə əlaqə saxladığını xatırladıb.

“Aİ Şurasının Prezidenti həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ilə sıx təmasdadır”, – Borrell əlavə edib.

Aİ rəsmisi qeyd edib ki, indi atəşkəsin qorunub saxlanması və möhkəmləndirilməsi vacibdir və Aİ buna töhfə vermək və sülh prosesi istiqamətində səyləri canlandırmağın ən yaxşı yolunu tərəflərlə müzakirə edir.

Borrell qeyd edib ki, gələcək toqquşma risklərinin azaldılması üzərində işi davam etdirmək önəmlidir. Aİ həmçinin hər iki tərəfə beynəlxalq sərhədin delimitasiyası və demarkasiyası üzrə irəliləyişə dəstək verir.

O, delimitasiya və demarkasiya üzrə komissiyaların görüşünün noyabr ayında Brüsseldə keçiriləcəyini xatırladıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər