8 C
Baku
Thursday, November 28, 2024

Aİ Ermənistan və İranın Rusiyaya dəstək verən şirkətlərinə sanksiya tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Ermənistan və İranın Rusiyaya dəstək verən şirkətinə qarşı sanksiya tətbiq etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” Avropa Komissiyasının daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ-nin yeni sanksiyalar paketi Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Ermənistan və Özbəkistandan olan 35-dən çox şirkətə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

“Bloomberg” əvvəllər “Financial Times” tərəfindən dərc edilmiş sanksiyalarla üzləşən Çin şirkətlərinin siyahısını təqdim edib. Agentlik sanksiyalara məruz qala biləcək digər ölkələrin şirkətlərinin adlarını açıqlamayıb.

Yeni paket 70-ə yaxın şəxsə qarşı sanksiyaların tətbiqini təklif edir. Qurum onların adlarını və vətəndaşlığını dəqiqləşdirməyib.

Avropa İttifaqı bütövlükdə Rusiyaya ilk növbədə yüksək texnologiyalı məhsulların və ikili təyinatlı malların ixracında mövcud məhdudiyyətlərdən yayınma ilə mübarizə üçün yeni sanksiyalar paketi göndərmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər