6 C
Baku
Sunday, December 15, 2024

Aİ: “Ermənistana yeni missiyanın göndərilməsi barədə razılıq əldə olunub”

“Oktyabr ayında işə salınan Aİ-nin Ermənistanda Monitorinq Qrupunun mandatı bu gün başa çatır. Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqının Ermənistandakı missiyası oktyabrın 20-də yerlərdə vəziyyətin monitorinqi, təhlili və hesabatlılıq məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib”.

Bunu Avropa İttifaqı Şurasının mətbuat xidməti açıqlayıb.

“40 avropalı monitorinq ekspertinin yerləşdirilməsi effektiv olduğunu sübut edib və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına töhfə verib. Bu gün biz Avropa İttifaqının Cənubi Qafqazda iştirakının yeni mərhələsinə keçid qrupu ilə başlayırıq ki, bu da son məqsədi regionda davamlı sülhü təşviq etmək olan Aİ-nin Ermənistanda mümkün uzunmüddətli missiyasına zəmin yaradacaq”, – Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

Məlumata görə, bu fonda Şura, Ermənistan hakimiyyəti ilə razılaşaraq, qərara gəlib ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin:

“Keçid planlaşdırılma yardım qrupunun həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.

Son xəbərlər
Digər xəbərlər