Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədindəki müşahidəçi missiyasının uzadılmasını müzakirə edir.
Bunu adını açıqlamayan yüksək səviyyəli avropalı diplomat bildirib.
Diplomat deyib ki, Avropa İttifaqı missiyanın işini müsbət hesab edir.
Qeyd edək ki, Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki müşahidəçi missiyası oktyabrın 17-də fəaliyyətə başlayıb. Missiyanın işi dekabrın 19-da başa çatır.