Avropa Komissiyası (Aİ Komissiyası) “Google” şirkətinə qarşı kommersiya məqsədi ilə axtarış alqoritmlərini manipulyasiya etməsi şübhəsi ilə istintaqa başlayıb. Bu barədə Aİ Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Söhbət Google-un rəqəmsal xidmətlər haqqında Aİ qanununa əsasən media resurslarına ədalətli, məntiqli və ayrı-seçkiliksiz çıxış şərtlərini təmin edib-etmədiyini qiymətləndirmək üçün rəsmi istintaq prosedurunun başlanmasından gedir”, — deyə sənəddə qeyd olunur.
Komissiyanın məlumatına görə, mövcud sübutlar “Google”un axtarış nəticələrində bəzi media saytlarının və kommersiya məzmunu olan resursların sıralanmasını süni şəkildə aşağı saldığını göstərir, xüsusən də bu saytlar “Google”un tərəfdaşı olmayan şirkətlərə məxsusdursa.
Aİ Komissiyası bu praktikanın qəsdən həyata keçirilib-keçirilmədiyini və Avropa şirkətlərinin biznes imkanlarını məhdudlaşdırıb-məhdudlaşdırmadığını müəyyənləşdirməyi planlaşdırır.
İstintaq 12 ay ərzində başa çatmalıdır. Əgər şübhələr təsdiqlənsə, “Google”un qlobal dövriyyəsinin 10%-i həcmində cərimə tətbiq oluna bilər. Təkrarlanan pozuntular sübuta yetirilsə, bu məbləğ 20%-ə qədər yüksələ bilər.








