Brüssel 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan 30 milyon avronun ayrılmasını dayandırıb.
Bu barədə Avropa İttifaqındakı mənbə təsdiqləyib.
Qərar xarici agentlər haqqında qanuna görə verilib: “Biz artıq Avropa Sülh Fondu çərçivəsində 2024-cü il üçün Gürcüstan silahlı qüvvələrinə 30 milyon avro məbləğində dəstəyi dayandırmışıq”.