5 C
Baku
Tuesday, January 28, 2025

Aİ Gürcüstanla vizasız gediş-gəliş rejiminin qismən dayandırılmasına qərar verib

Avropa İttifaqı Şurası Gürcüstanla sadələşdirilmiş viza rejiminin dayandırılması barədə qərar qəbul edib.

Bu barədə Aİ Şurasının saytında məlumar dərc edilib. Bildirilib ki, bu gün şura Aİ-Gürcüstan viza sadələşdirilməsi razılaşmasının bir hissəsini dayandırmaq qərarı qəbul edib. Qərara əsasən Gürcüstan rəsmiləri və diplomatları sıravi Gürcüstan vətəndaşlarından fərqli olaraq Aİ ərazisinə səfər edərkən viza əldə etməlidirlər. Gürcü rəsmilər eyni zamanda viza üçün müraciət zamanı daha az sənəd təqdim etmə, aşağı viza xərcləri, daha qısa müraciət vaxtı kimi güzəştlərdən də məhrum ediliblər.

Qeyd olunub ki, qərar Gürcüstan hakimiyyətinin ötən il qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” qanunu) və “Ailə dəyərləri və azyaşlıların qorunması” (LGBT təbliğatının qadağan edilməsi haqqında) qanunlarına, həmçinin 2024-cü ilin 28 noyabrında Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilədək dayandırılması qərarından sonra dinc nümayişçilərə, siyasətçilərə və müstəqil mediaya qarşı repressiyalarına reaksiyadır.

Qərar sıravi vətəndaşlara şamil edilməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər