Avropa İttifaqına (Aİ) üzv ölkələr polad sektorunu ABŞ-ın əlavə gömrük vergisi tətbiq etməsinin təsirlərindən qorumaq üçün həyata keçirdiyi tədbirlərin müddətini 2021-ci ilə qədər uzatmağı qərara alıb.
Aİ Komissiyası ABŞ-ın tətbiq etdiyi əlavə vergilər nəticəsində artan polad idxalından Avropadakı istehsalçıları qorumaq məqsədi daşıyan tədbirlərin müddətinin üzv ölkələr tərəfindən uzadıldığını bəyan edib. Bu qərara görə, Aİ-nin kvota sistemi ilə fərqli kateqoriyalara aid polad məhsullarının idxalı son üç ilin orta göstəricisindən artıq olduğu halda, 25 faizlik əlavə gömrük vergisi tətbiq ediləcək. Polad sektorunda ənənəvi ticarət prosesinin qorunmasına yönəldilmiş bu qərarın qüvvədə olması 2021-ci ilin iyul ayına qədər davam edəcək.
Qeyd edək ki, Aİ polad sektorunu ABŞ-ın əlavə gömrük vergiləri tətbiq etməsinin təsirlərindən qorumaq üçün iyulda müxtəlif kateqoriyalara aid idxalın ənənəvi səviyyələri keçməsi halında, əlavə gömrük vergisi tutulmasını müvəqqəti tədbir kimi başlatmışdı və həmin tədbirin müddəti fevral ayında sona çatırdı.
Çin, Hindistan, Rusiya, Şimali Koreya, Ukrayna və Türkiyə Aİ-yə ən çox polad ixrac edən ölkələrdir.