28 C
Baku
Sunday, June 4, 2023

Aİ ilə ABŞ arasında aviadaşımalarda gömrük vergiləri dayandırıldı

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Avropa İttifaqı (Aİ) və ABŞ aviasiya sahəsində mövcud olan anlaşılmazlıqlarını həll ediblər.

Tərəflər hava yükdaşımalarında gömrük vergilərinin dondurulması ilə bağlı qərar qəbul ediblər.

Avropa İttifaqı və ABŞ təyyarə subsidiyası ilə bağlı 16 il davam edən mübahisəsinin nəticəsində milyardlarla dollarlıq ixracına tətbiq olunan tarifləri dayandırıblar.

Qərar Avropa İttifaqının ABŞ-a 7,5 milyard ABŞ dolları dəyərində ixracına, ABŞ-ın Avropa İttifaqına 4 milyard ABŞ dolları dəyərində məhsullarının ixracına aid ediləcək. Bu, pandemiyadan əziyyət çəkən aviasiya sənayesi sahəsindəki vəziyyəti müəyyən qədər yüngülləşdirəcək.

Xatırladaq ki, koronavirus pandemiyası bütün dünyada aviasiya sektoruna ciddi zərbə vurub. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə, Avropada aviasiya sektoru 7 milyon iş yerinin ixtisar edilməsi riski ilə üzləşib.

Son xəbərlər
Digər xəbərlər
X