4 C
Baku
Wednesday, February 12, 2025

Aİ ilə Azərbaycanın ticarət dövriyyəsi 180 mln. avroya kimi artacaq

Avropa İttifaqı ölkələri ilə (Aİ) Azərbaycan arasında ticarət dövriyyəsi 180 milyon avroya kimi artacaq

Bunu Beynəlxalq Ticarət Mərkəzinin Ticarət Məlumatı üzrə baş mütəxəssisi Paul Kelli deyib.

O bildirib ki, ticarət dövriyyəsinin artımı həm də şirkətlərin Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasından necə istifadə edəcəyindən və onlara dəstəkdən aslı olacaq. Bu platforma həmçinin Avropa şirkətləri üçün də Azərbaycanlı tərəfdaşları ilə münasibətlərin qurulması baxımından faydalıdır.

İxrac məhsullarına gəldikdə P.Kelly deyib ki, qeyri-ənənəvi sahələrdə daha məhsulların təşəkkül tapması daha çox arzuolunandır: “Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı geniş yer verildiyini nəzərə alaraq bu məhsulların Avropa ölkələrinə geniş ixrac potensialı var”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər