17 C
Baku
Thursday, May 23, 2024

Aİ ilin əvvəlindən bəri Rusiyadan neft idxalını sutkada 880 min barrel azaldıb

2022-ci ilin əvvəlindən bu yana Avropa İttifaqı ölkələrinə Rusiya neftinin tədarükü sutkada 880 min barel azalaraq 1.7 milyon barrel təşkil edib. Həmin müddət ərzində Avropa ABŞ-dan neft idxalını sutkada 400 min barrel artıraraq 1.6 milyon barelə çatdırıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir.

Hesabatda əsasən, İraq, Norveç, Qayana və Səudiyyə Ərəbistanından da Avropa ölkələrinə neft tədarükü artıb. Buna baxmayaraq, Avropa İttifaqı hələ də Rusiyadan sutkada təxminən 600 min barel həcmində dizel yanacağı alır. Ehtimal olunur ki, gələn ilin fevral ayından başlayaraq Rusiyadan tədarük olunan yanacaq digər ölkələrdən gələn təchizatla əvəzlənəcək.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2023-cü ilin sonunadək Küveyt, Nigeriya və Meksikada dünya üzrə neft məhsullarının tədarükünü artıran iri emal layihələri istismara veriləcək.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər