Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını 92 % azaldacaq. Buna neft embarqosu kömək edəcək.
TF1-ə istinadən, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Fransa Prezidentinin sözlərinə görə, Aİ Rusiyaya qarşı 80-dən çox fiziki şəxs, üç telekanal və “Sberbank”ın daxil olduğu altıncı sanksiyalar paketi üzrə razılığa gələ bilib.
O, həmçinin 2022-ci ilin sonuna qədər tədarükü 92 % azaldacaq neft embarqosunun tətbiqini alqışlayıb. Dövlət başçısının sözlərinə görə, bu, Avropa iqtisadiyyatını əsaslı şəkildə dəyişəcək struktur qərardır.
Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiya neftinə embarqoya razılaşsa da, boru kəmərləri vasitəsilə tədarükün məhdudlaşdırılmasına qarşı çıxan Macarıstanı məhdudiyyətlərdən azad edib.
Report