10 C
Baku
Thursday, December 12, 2024

Aİ İlon Maska qarşı sanksiyalar tətbiq edə bilər

Avropa Komissiyasında daxili nəzarət və Ukraynaya sursat tədarükünə cavabdeh olan komissar Tyeri Breton dünyanın ən zəngin şəxslərindən olan İlon Maskı sanksiyalarla hədələyib.

Belə ki, ameriaklı iş adama məxsus “Twitter” sosial şəbəkəsi AB-nin onlayn dezinformasiyaya qarşı könüllü nəzarət məcəlləsindən çıxmaq qərarına gəlib. Məcəllənin hələ də könüllü olmasına baxmayaraq, Avropa Komissiyası ona Qanun statusu vermək niyyətindədir.

Brüssel şənbə günü Avropa komissarı Maskı təhdid edən bir bəyanat yayıb: “Twitter” dezinformasiya ilə mübarizə üçün Aİ-nin könüllü məcəlləsini tərk edir. Qaçmaq olar, amma gizlənə bilməzsən. Avqustun 25-dən Rəqəmsal Xidmətlər Aktı çərçivəsində dezinformasiyaya qarşı mübarizə Aİ-də məcburi olacaq. Komandalarımız qanunu tətbiq etməyə hazır olacaq”, – o, qeyd edib.

Breton bu qanunun pozulmasına görə sanksiyaların nədən ibarət olacağına hələ qərar verməyib.

Qeyd edək ki, dezinformasiya ilə mübarizə üzrə mövcud könüllü Aİ kodeksi sosial media operatorlarından Qərb strukturlarının yanlış hesab etdikləri təlimatlara zidd olan məzmunu müstəqil şəkildə silməyi tələb edir.

Son xəbərlər
Digər xəbərlər