17 C
Baku
Friday, October 18, 2024

Aİ İrana qarşı sanksiyaları bir ilə yaxın uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya, eləcə də Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qruplara hərbi dəstək verməsi ilə əlaqədar İrana qarşı məhdudiyyətləri uzadıb. Bu barədə Aİ Şurasının saytında məlumat verilib.

Sanksiyalar 2025-ci il iyulun 27-dək tətbiq edilib. Avropa İttifaqının onlara hər il yenidən baxacağı qeyd olunur.

Sanksiyalar 12 fiziki və 9 hüquqi şəxsə şamil edilib. Məhdudiyyətlərə məruz qalanların aktivləri dondurulub. Bundan əlavə, onların Aİ-yə daxil olması qadağandır.

Son xəbərlər
Digər xəbərlər