8 C
Baku
Wednesday, October 30, 2024

Aİ İrana qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı (Aİ) insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları genişləndirərək dörd fiziki və altı hüquqi şəxsi qara siyahıya salıb. Bu barədə müvafiq qaydaların dərc olunduğu “Aİ-nin Rəsmi Jurnalı”nda deyilir.

Aİ-nin İrana qarşı yeni sanksiyaları 22 yaşlı Məhsa Əmininin ölümünün ildönümünə təsadüf edir. Onun dəfn mərasimi 2022-ci il sentyabrın 16-da İslam Respublikasında iğtişaşlara səbəb olub. Rəsmi versiyaya görə, polis onu hicabını düzgün geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Oktyabrın 7-də İranın Ədliyyə Tibb Təşkilatı qızın ölüm səbəbi ilə bağlı rəsmi hesabat dərc edib və onun xəsarət almadığını bildirib.

Qeyd edək ki, İranın cinayət məcəlləsinə görə, hicab taxma qaydalarına əməl etməyən qadınlar cərimələrlə yanaşı, 10 gündən 2 aya qədər həbs cəzası ilə üzləşirlər. Bundan başqa, onlara qarşı əlavə inzibati tədbirlər, xüsusən də dövlət qulluğundan kənarlaşdırılma və əmlakının müsadirəsi tətbiq oluna bilər. Başqalarını hicabdan imtina etməyə təşviq edənləri isə 1 ildən 10 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər
Digər xəbərlər