Aİ İrana qarşı sanksiyaları bu ölkədəki insan haqları pozuntularına görə genişləndirərək, daha 32 fiziki və 2 hüquqi şəxsi “qara siyahı”ya salıb.
Bu barədə bazar ertəsi müvafiq qaydaları dərc edən “Aİ-nin rəsmi jurnalı”nda deyilir.
“Qara siyahı”ya düşən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları da var.
Hüquqi şəxslər isə polis və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı strukturlardır.