-1 C
Baku
Sunday, December 15, 2024

Aİ İsrail hökumətinə qarşı sanksiyalar tətbiq edəcək

İordan çayının qərb sahilindəki Cit kəndində İsrail vətəndaşlarının fələstinlilərə hücumundan sonra Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirəcək.

Bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrell X sosial platformasında yazıb.

O, İsrail hökumətini cəzasızlıqla həyata keçirilən və sülh səylərini təhlükə altına alan zorakılığı dayandırmağa çağırıb.

Qeyd edək ki, avqustun 15-də axşam saatlarında onlarla israilli mühacirlər İordan çayının qərb sahilindəki Cit kəndinə hücum edərək, evləri və avtomobilləri yandırıb, fələstinlilərə daş və butulka atıblar. Hücumlar zamanı 23 yaşlı fələstinli həlak olub.

Son xəbərlər
Digər xəbərlər