Avropa Birliyi Rusiya aktivlərindən iyulun 1-dək Ukraynaya silah almaq üçün 1 milyard avro köçürə bilər.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Brüsseldə Aİ sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında bildirib:
“Əgər biz onların çıxarılması mexanizminin inkişafını tez bir zamanda tamamlaya bilsək, iyulun 1-nə qədər ilk məbləği (milyard) göndərə bilərik”.
Onun sözlərinə görə, sammitdə “Avropa İttifaqı liderləri Avropa Sülh Fondu və icma büdcəsi vasitəsilə Ukraynaya hərbi yardım üçün Rusiya aktivlərindən əldə olunan mənfəətin istifadəsinə dair təklifləri dəstəklədikləyiblər.