Avropa İttifaqı (Aİ) iyul ayının ortalarına qədər 420 milyon doza koronavirus peyvəndi istehsal etməyi planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasında peyvənd siyasətini kurasiya edən daxili bazar məsələləri üzrə komissar Tyerri Bretonbildirib.
“İyulun 15-dək 420 milyon doza koronavirus peyvəndi istehsal edə biləcəyimizə ümid edirik. Bu, kollektiv immuniteti təmin etmək üçün kifayət edəcək”, – T.Breton LCI telekanalının efirində deyib.
İngilis versiyası EU intends to produce over 400 million doses of coronavirus vaccines by mid-July
Rus versiyası ЕС намерен произвести к середине июля 420 млн доз вакцин от коронавируса