Aİ Kiyevə €90 milyard kreditin ayırılması ilə bağlı razılığa gəlib

Avropa İttifaqı ölkələri Macarıstanın vetosuna məhəl qoymayaraq Ukraynaya €90 milyard məbləğində kreditin verilməsi barədə qərarı razılaşdırıblar və bu qərarın yenidən nəzərdən keçirilməsi planlaşdırılmır. Bu barədə Bolqarıstan Milli Radiosu (BNR) Brüsseldəki mənbəyə istinadən xəbər verir.

“Ukrayna üçün kredit razılaşması əldə olunub və onun yenidən nəzərdən keçirilməsi planlaşdırılmır”, — adının açıqlanmasını istəməyən diplomat BNR-ə bildirib.

O əlavə edib ki, Avropa Şurasının sədri Antoniu Koşta martın 17-də Macarıstanın Baş naziri Viktor Orbanla danışıq aparıb və ondan 2025-ci ilin dekabrında qəbul edilmiş, Budapeştin də iştirak etdiyi Aİ liderlərinin qərarına əməl etməyi tələb edib.

Bundan əvvəl Orban bəyan etmişdi ki, Ukrayna “Drujba” boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməyənə qədər Aİ-nin onun xeyrinə olan heç bir qərarında Macarıstanın dəstəyinə arxalana bilməyəcək.

Son xəbərlər
Digər xəbərlər