Avropa Komissiyası (AK) 8 dekabrda “Mars” şirkətinin (M&M’s, Snickers, Twix, Bounty və digər brendlərin sahibi) “Pringles” çipsləri və “Cheez-It” krakerlərinin istehsalçısı “Kellanova”nı satın alma əməliyyatını təsdiqləyib.
“Komissiya belə qənaətə gəlib ki, təklif olunan sövdələşmə Avropa İqtisadi Məkanında rəqabət baxımından heç bir narahatlıq doğurmur”, — deyə açıqlamada bildirilir. AK müəyyən edib ki, birləşmiş şirkət pərakəndə satıcılarla qiymətlərin artırılması barədə danışıqlarda öz məhsul kateqoriyalarından istifadə edə bilər, lakin komissiyanın fikrincə, sövdələşmə “Mars”ın bu danışıqlardakı mövqelərini gücləndirməyəcək.
“Mars” şirkəti “Kellanova” (əvvəlki “Kellogg”) ilə sövdələşməni 2024-cü ilin avqust ayının ortalarında rəsmən açıqlamışdı. Şirkətin saytında dərc olunan məlumatda bildirilir ki, sövdələşmənin məbləği 35,9 mlrd dollar təşkil edir. “Kellogg” XX əsrin əvvəlində ABŞ-də Uilyam Kit Kelloq tərəfindən yaradılıb.
2023-cü ildə “Kellogg” iki şirkətə bölünüb. “WK Kellogg” ayrıca şirkətə çevrilərək yalnız quru səhər yeməkləri istehsalı ilə məşğul olmağa başlayıb. Digər bölmə isə “Kellanova” adlanır və snek istehsal edir.








