10 C
Baku
Thursday, December 5, 2024

Aİ koronavirusa qarşı vaksinlərin alınması ilə bağlı müqavilələri təcili azaltmağa çağırıb

Avropa Komissiyası təcili olaraq COVID-19-a qarşı peyvəndlərin tədarükü ilə bağlı müqavilələri azaltmalıdır, çünki anbarlar peyvəndlə doludur.

Bunu Avropa İttifaqı Şurasına sədrlik edən Çexiyanın səhiyyə naziri və baş nazirinin müavini Vlastimil Valek səhiyyə nazirləri səviyyəsində Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ ölkələri əczaçılıq şirkətlərindən 2020-ci ildə verilən bəzi əvvəlcədən sifarişləri ləğv etməyi xahiş edir.

“Avropa Komissiyası istehsalçılarla əlaqə saxlasın və onlardan ön sifarişin bir hissəsini ləğv etməyi xahiş etsin. İnanıram ki, biz irəliləyiş əldə edə və istehsalçılarla müqavilələrimizi azaltmaq üçün razılaşa bilərik”, – Valek bildirib.

Son xəbərlər
Digər xəbərlər